azturkxeber.az
http://azturkxeber.az

Güləşçimiz erməni ilə qarşılaşacaq

10-04-2025


Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında Azərbaycan yunan-Roma güləşçilərinin ilk rəqibləri müəyyənləşib.

AzTurkxeber.az xəbər verir ki, Avropa çempionu Sənan Süleymanov və Murad Əhmədiyev Türkiyə təmsilçiləri ilə üz-üzə gələcəklər.

Qurban Qurbanova isə Ermənistan güləşçisi Samvel Qriqoryan rəqib olub.

Titullu yunan-Roma güləşçisi Eldəniz Əzizli mübarizəyə 1/4 final mərhələsindən başlayacaq. O, Ukraynanın erməni əsilli pəhləvanı Koryun Sahradyan ilə Gürcüstan təmsilçisi Vaxtanq Lolua arasındakı qarşılaşmanın qalibi ilə qarşılaşacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930