azturkxeber.az
http://azturkxeber.az

Slovakiyada keçirilən güləş üzrə Avropa çempionatında ilk medalçılar müəyyənləşib

08-04-2025

İslam Bazarqanov (57 kq) bolqarıstanlı İvaylo Tisovla görüşdə çətinlik çəkmədən tam üstünlüklə (12:2) qalib gələrək ardıcıl 2-ci dəfə Avropa çempionatında bürünc medal qazanıb.
Əli Rəhimzadə (65 kq) ukraynalı Andrey Sviridlə görüşün əvvəlindən təşəbbüsə yiyələnib və sonadək üstünlüyünü qoruyub – 4:0. Bununla da Rəhimzadə 4-cü dəfə Avropa çempionatının bürünc medalına sahib çıxıb.
Kənan Heybətov (70 kq) üçüncü yer uğrunda macarıstanlı dünya və Avropa çempionu İsmayıl Musukayevla qarşılaşıb. Təcrübəli və titullu rəqibini 5:2 hesabıyla məğlub edən Kənan ilk dəfə böyüklər arasında qitə birinciliyində fəxri kürsüyə qalxıb.
Beləliklə, sərbəst güləş millimiz ikinci yarış gününü 3 bürünc medalla başa vurub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930