azturkxeber.az
http://azturkxeber.az

Polis Xətai və Yasamal rayonlarında silsilə oğurluq edən şəxsləri saxlayıb

24-03-2025

Polis Xətai və Yasamal rayonlarında silsilə oğurluq edən şəxsləri saxlayıb


Xətai rayonu ərazisində 3 avtomobildən 1600 manat pul vəsaiti, bank kartları və 60 manat dəyərində zinət əşyasının oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindənbildirilib ki, Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 23 yaşlı N.Eminov və 38 yaşlı Ə.İsmayılov müəyyən olunaraq saxlanılıblar.

Bundan başqa, Yasamal rayonu ərazisində noutbuk, televizor və içərisində 500 manat dəyərində geyim əşyaları olan çantanı oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 44 yaşlı E.Vəlibəyov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31