azturkxeber.az
http://azturkxeber.az

Rusiya aeroportlarında məhdudiyyətlər aradan qaldırılıb

11-03-2025

Rusiya aeroportlarında məhdudiyyətlər aradan qaldırılıb


“Rosaviasiya” Rusiyanın bir sıra hava limanlarında təyyarələrin qəbulu və uçuşuna qoyulan məhdudiyyətlərin aradan qaldırıldığını bildirib.

Martın 11-də Moskva vaxtı ilə saat 9:15-dən etibarən Moskvanın “Vnukovo”, “Domodedovo”, “Jukovski”, habelə Nijni Novqorod və Yaroslavl hava limanları normal fəaliyyətini bərpa edib.

Bu məhdudiyyətlər pilotsuz uçuş aparatlarının (PUA) Rusiyanın regionlarına kütləvi hücumu fonunda uçuşların təhlükəsizliyini təmin etmək üçün tətbiq edilmişdi.

Hazırda sadalanan bütün hava limanları normal rejimdə işləyir, reyslər məhdudiyyətsiz qəbul edilir və yola salınır.

Bundan əvvəl “Azərbaycan Hava Yolları” QSC (AZAL) Moskva hava limanlarında uçuş və enişlərə müvəqqəti məhdudiyyətlər səbəbindən Moskvadan reyslərin gecikməsi ilə bağlı məlumat vermişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31