azturkxeber.az
http://azturkxeber.az

Mingəçevirdə qanunsuz balıq ovlayan şəxs saxlanılıb

08-03-2025

Mingəçevirdə qanunsuz balıq ovlayan şəxs saxlanılıb


Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkarlanması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, su polisləri tərəfindən Mingəçevir su anbarında keçirilən növbəti tədbir zamanı qanunsuz olaraq balıq ovu ilə məşğul olan N.Abdullayev saxlanılıb. Ondan rezin qayıq, tor, “domça” adlandırılan balıqovlama aləti, qanunsuz ovladığı balıqlar və digər əşyalar aşkarlanıb.

Faktla bağlı araşdırmalar aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31