azturkxeber.az
http://azturkxeber.az

AZAL Türkiyə istiqamətində uçuş coğrafiyasını genişləndirir 

07-03-2025

 

7 mart 2025-ci il, Bakı – Azərbaycanın milli aviadaşıyıcısı AZAL 15 iyundan etibarən Bakıdan Türkiyənin Adana və Mersin şəhərləri arasında yerləşən Çukurova Beynəlxalq Hava Limanına birbaşa uçuşlar həyata keçirəcək.

AzTurkxeber.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib. 

 Bu marşrut üzrə uçuşlar həftədə 2 dəfə — cümə axşamı və bazar günləri yerinə yetiriləcək. Yeni reys sərnişinlərə həm Adana, həm də qonşu Mersin şəhərinə və digər ətraf bölgələrə rahat səyahət imkanı yaradacaq.
 
Adana və Mersin Türkiyənin böyük şəhərləri sırasındadır və turistlər üçün cəlbedici məkanlardır. Burada zəngin tarixi irsə malik arxeoloji abidələr, təbii gözəlliklər və kurort zonaları mövcuddur.
 
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqi vasitəsilə, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31