azturkxeber.az
http://azturkxeber.az

Energetika naziri Ucarda vətəndaşlarla görüşəcək

06-03-2025

Energetika naziri Ucarda vətəndaşlarla görüşəcək


Energetika naziri Pərviz Şahbazov martın 14-də Ucar, Zərdab, Kürdəmir, Göyçay və Ağdaş rayonlarından olan vətəndaşlarla görüşəcək.

Nazirlikdən bildirilib ki, görüş saat 11:00-dan başlayaraq Ucar rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ6100, Ucar şəhəri, Heydər Əliyev pr.73) keçiriləcək.

Görüşə gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1146, 1147, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Kürdəmir filialı (əlaqələndirici şəxs: Elçin Məmmədov, əlaqə telefonu: (050) 509-80-50, elektron poçt ünvanı: office.kurdamir@regulator.gov.az) və Mingəçevir filialı (əlaqələndirici şəxs: Pünhan Qurbanov: əlaqə telefonu: (070) 590-00-09, elektron poçt ünvanı: office.mingachevir@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq” bölməsi vasitəsilə də görüş üçün müraciət etmək mümkündür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31