azturkxeber.az
http://azturkxeber.az

Gürcüstanın qərbində qarda itkin düşənlərin axtarışları davam edir

01-03-2025

Gürcüstanın qərbində qarda itkin düşənlərin axtarışları davam edir


Gürcüstanın qərb bölgəsində yağan güclü qarın yaratdığı problemlərin həlli olunması istiqamətində işlər aparılır.

Quriya və İmereti bölgələrində əhalinin təxliyəsinə və itkin düşənlərin axtarışına helikopterlər cəlb olunub.

Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin xilasediciləri, yanğınsöndürənləri və polis qüvvələri qocalar və azyaşlılar da daxil olmaqla daha bir neçə ailəni təhlükəsiz mühitə daşıyıblar. Həmçinin əhali ərzaq məhsulları, dərman vasitələri və ilkin tələbat malları ilə təmin olunur.

İmereti bölgəsində itkin düşənlərin axtarışı isə davam edir. Yerli hakimiyyət orqanlarının məlumatına görə, İmeretinin Xaraqauli rayonunun dağlarında itkin düşən çobanın axtarışları hələ də davam edir. Cümə günündən yağan qar səbəbindən üç çobanla əlaqə saxlanılmayıb, lakin xilasedicilər artıq onlardan ikisinin yerini müəyyən edə biliblər. Çobanlarn axtarışı xüsusi pilotsuz uçuş aparatları vasitəsilə aparılır.

Qeyd edək ki, güclü qar səbəbindən Gürcüstan Dəmir Yolları bir neçə istiqamətdə reysləri təxirə salıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31