azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan boksçuları Dünya Kuboku statuslu yarışda iştirak edəcəklər

01-03-2025

Azərbaycan boksçuları Dünya Kuboku statuslu yarışda iştirak edəcəklər


Martın 3-də Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya Kuboku statuslu “Adriatik incisi” beynəlxalq turniri keçiriləcək.

Boks Federasiyasından  verilən məlumata görə, yarışda Azərbaycan millisi həm oğlanların, həm də qızların mübarizəsində təmsil olunacaq.

Yığmanın baş məşqçisi Elbrus Rzayevlə Ceyhun Abiyev turnirdə Bilalhəbaşi Nəzərov (51 kiloqram), Zidan Hümbətov (54 kiloqram) və Məhəmməd Cəfərova (+92 kiloqram) şans verəcək.

Qız boksçuların mübarizəsində isə məşqçi Anar Baxışovun rəhbərliyi altında Banuçiçək Nəsirli (48 kiloqram), Cəmilə Sultanlı (50 kiloqram), Özləm Həsənova (66 kiloqram) və İlkanə Əhmədova (+81 kiloqram) rinqə çıxacaq.

“Adriatik incisi”ndə Fərhad Rəhmanov hakimlər sırasında yer alacaq.

Qeyd edək ki, yarışa martın 2-də yollanacaq komanda ayın 10-da Bakıya dönəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31