azturkxeber.az
http://azturkxeber.az

MOK-un məktubuna cavab gəldi

31-01-2025

 


Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edən və medal qazanan Azərbaycan idmançılardan 5 nəfərin medalları keyfiyyətini itirib. Bu idmançıların müraciəti əsasında Milli Olimpiya Komitəsində lazımi araşdırmalar aparılıb və nəticəsi ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə (BOK) rəsmi məktubla müraciət olunub.

 BOK-dan Milli Olimpiya Komitəsinə məlumat verilib ki, medal qazanan idmançılar haqqında məlumatlar və keyfiyyətini itirmiş medalların müxtəlif formalarda şəkilləri Beynəlxalq Olimpiya Komitəsinə göndərilsin. BOK müvafiq araşdırmalardan sonra medalların yenilənməsi qaydası ilə bağlı MOK-a əlavə məlumat verəcək.

 Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarında medal qazanan yeddi idmançımızdan 5-nin medalında nəzərəçarpan dərəcədə dəyişiklik baş verib. Cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov (-73 kq) və sərbəst güləş üzrə bürünc mükafatçı Maqomedxan Maqomedovdan (97 kq) başqa, cüdo üzrə Olimpiya çempionu Zelim Kotsoyevin (-100 kq) qızıl, taekvondoçu Qaşim Maqomedovun (58 kq), boksçu Alfonso Dominqesin (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvilinin (125 kq) bürünc medalları keyfiyyətini itirib.

 
Milli Olimpiya Komitəsinin mətbuat xidməti






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031