
13 yanvar 2025-ci il tarixində Lənkəran şəhəri şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində 2 nəfər balıqçının itkin düşməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.
azturkxeber.az Nazirliyin yaydığı məlumata istinadla xəbər verir ki, daxil olmuş məlumat əsasında axtarışlara başlanılıb.
Bildirilib ki, hazırda itkin düşdüyü ehtimal edilən vətəndaşlar - 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlu və 1968-ci il təvəllüdlü Abbasov Nazim Səməd oğlunun axtarışları FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir.
“Axtarış arealının genişləndirilməsi və axtarışların intensivliyinin artırılması məqsədilə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin helikopteri də Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri ilə birgə axtarış-xilasetmə əməliyyatına cəlb edilib”, - məlumatdad eyilir.
Qeyd olunub ki, əlavə məlumat veriləcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Bu gün Fövqəladə Hallar Nazirliyinin işçiləri peşə bayramını qeyd edirlər
Ermənistanın hücumları nəticəsində zərər çəkmiş şəxslər və zərərçəkmişlərin hüquqi varislərinin ifadələri məhkəmədə elan olunub
Bakıda İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində beynəlxalq konfransın açılış sessiyası keçirilib
FHN “Aghdam Residence” yaşayış kompleksində təlim keçirib (video, foto)