Belçika insan sağlamlığına və ətraf mühitə mənfi təsir göstərdiyi üçün yanvarın 1-dən etibarən birdəfəlik elektron siqaretlərin satışını qadağan edəcək.
Səhiyyə naziri Frank Vandenbrouk jurnalistlərə bildirib ki, ucuz elektron siqaretlər sağlamlıq təhlükəsinə çevrilib, çünki onlar gəncləri siqaret çəkməyə təşviq etmək və onları nikotinə aludə etmək üçün asan bir yoldur.
Birdəfəlik siqaretlərin tərkibindəki plastik və akkumulyatorların da ətraf mühitə zərər verdiyinə diqqət çəkən Vandenbrouk onların təhlükəli tullantı kimyəvi maddələr yaratdığını qeyd edib.
Beləliklə, Belçika yanvarın 1-də “vape” kimi tanınan birdəfəlik elektron siqaretlərin satışını qadağan etdikdən sonra Avropa İttifaqı ölkələri arasında bu addımı atan ilk ölkə olacaq.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günüdür!
Milli Məclisin iclasında 2025-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri üçüncü oxunuşda qəbul edilib
Milli Məclisin plenar iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanıb
DOĞUM GÜNÜN MÜBARƏK, CƏNAB PREZİDENT!