Azərbaycan Respublikasının Prezidentinin müvafiq tapşırığına əsasən, Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək məqsədilə, dekabrın 30-da ölkəmiz tərəfindən müxtəlif qida və ərzaq məhsullarından ibarət humanitar yardım karvanı 10 ədəd yük avtomobili vasitəsilə Bakı şəhərindən yola salınıb.
Ümumi çəkisi 200 tona yaxın olan humanitar yardımın Gürcüstan və Türkiyə ərazilərindən keçməklə, Türkiyə-Suriya sərhədindəki “Çobanbey” keçid məntəqəsinə çatdırılması planlaşdırılır.
Sözügedən yardımın Suriya Ərəb Respublikasının İdlib şəhərində Türkiyənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə olunması Başqanlığının (AFAD) dəstəyi ilə ünvanı üzrə paylanması nəzərdə tutulur.
Yardım karvanının yola salınması mərasimində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndələri iştirak ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Ombudsmanın İnsan Hüquq və azadlıqlarının daha effektiv təmini üzrə illik təklifləri
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”