azturkxeber.az
http://azturkxeber.az

Rövşən Rzayev 44 min AZN-ə bir zal icarəyə götürüb tədbir keçirmək istəyir - 10 manatlıq qalib şirkətin sahibi görün kimdir

29-12-2024

Rövşən Rzayev 44 min AZN-ə bir zal icarəyə götürüb tədbir keçirmək istəyir - 10 manatlıq qalib şirkətin sahibi görün kimdir

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tədbirin təşkili və keçirilməsi ilə bağlı elan etdiyi tenderin qalibi bəlli olub.

32gun.az-ın məlumatına görə, müsabiqənin qalibi "FACEMARK" MMC olub.

Tərəflər arasında 43.730,8 AZN-lik müqavilə bağlanacağı gözlənilir.

Müsabiqəyə əsasən Komitəyə Zalın və foyenin icarə haqqı(1), Kofe breyk, Brandwall(1), qələm, qovluq və s alınmalıdır.

Bildirək ki, "Facemark" MMC-nin qanuni təmsilçisi Nigar Həsənova Rövşən Qızıdır, nizamnamə kapitalı 10 AZN-dir.

Xatırldaq ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2024    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031