azturkxeber.az
http://azturkxeber.az

Qırğızıstan Prezidentinin mətbuat katibi: Vətəndaşımızın gətirilməsi üçün təyyarə hazırdır

28-12-2024

 

Qazaxıstanın Aktau şəhərində təyyarə qəzasında xəsarət alan Qırğızıstan vətəndaşı Rinat Asanovun daşınması üçün təyyarə hazırdır.

azturkxeber.az Qırğızıstan KİV-lərinə istinadən xəbər verir ki, bunu Qırğızıstan Prezidentinin mətbuat katibi Askat Alaqozov bildirib.

O vurğulayıb ki, R.Asanovun hazırkı vəziyyəti ağır olaraq qalır və daşınma onun üçün təhlükəli ola bilər: “Həkimlər icazə verən kimi o, vətəninə aparılacaq. Buna görə də hazırda o, yerli xəstəxanada tibbi yardım alır və müalicə olunur”.

Qırğızıstanın digər iki vətəndaşının vəziyyəti qənaətbəxş qiymətləndirilir və onların xəstəxanadan bazar ertəsi buraxılması planlaşdırılır. Bu barədə səhiyyə naziri Alımkadır Beyşenaliyev ölkə Prezidenti Sadır Japarova təyyarə qəzasında xəsarət alanlara xüsusi diqqət göstərilməsi ilə bağlı tapşırığının icrası barədə məruzəsində bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2024    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031