Britaniyada son bir ildə ümumilikdə 360 mindən çox qatar xidməti tamamilə ya da qismən ləğv edilib.
Qatarların etibarlılığı işçi çatışmazlığı səbəbindən rekord səviyyədə aşağı düşüb. Dəmir yolu və Yol İdarəsinin son məlumatlarına əsaslanan təhlilə görə, 9 noyabra qədər olan bir il ərzində 208 min qatar xidməti tamamilə ləğv olunub. Daha 161 min xidmət isə qismən ləğv edilib, yəni həmin qatarlar cədvəldə nəzərdə tutulmuş bəzi dayanacaqlara çatmayıb.
Artan pozulmalar fonunda Leyboristlər Partiyası dəmir yollarını yenidən milliləşdirməyə çalışır. Qanuna əsasən, yeni yaradılacaq “Great British Rail”(Böyük Britaniya Dəmir Yolları) adlı dövlət idarəetmə orqanı vasitəsilə dəmir yolları dövlət mülkiyyətinə keçəcək. Özəl sektor müqavilələri başa çatdıqca bu yeni qurum dəmir yollarının mülkiyyətini və idarəsini öz üzərinə götürəcək. Gözlənilir ki, dəmir yolları növbəti seçkilərə qədər tamamilə milliləşdiriləcək.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Milli Məclisin plenar iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanıb
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
Milli Məclisin iclasında 2025-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri üçüncü oxunuşda qəbul edilib
DOĞUM GÜNÜN MÜBARƏK, CƏNAB PREZİDENT!
Milli Məclisin plenar iclası keçirilib