azturkxeber.az
http://azturkxeber.az

Son 2 gün ərzində Bakıda və bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 31 nəfər müəyyən edilib

27-12-2024

 Partlayıcı, tezalışan maddələrin və pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. 

AzTurkxeber.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, son 2 gün ərzində paytaxtın Nəsimi, Suraxanı, Sabunçu, Səbail, Xətai rayonları, həmçinin,  Sumqayıt şəhəri, Abşeron, Tovuz, Füzuli, Goranboy, Tərtər, Gədəbəy, Biləsuvar, Şəmkir, Ağstafa, Sabirabad, Beyləqan və Ağdamda keçirilən tədbirlərlə pirotexniki vasitələrin  satışını təşkil edən 31 nəfər müəyyən olunub. Onlardan müxtəlif təyinatlı pirotexniki vasitələr aşkarlanıb.
Faktlar üzrə həmin şəxslər barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəmələrə  göndərilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2024    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031