azturkxeber.az
http://azturkxeber.az

Layihə benefisiarı olan məcburi köçkünlər üçün məlumatlandırma seminarları keçirilib

27-12-2024

 Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi arasında imzalanmış müqaviləyə əsasən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı üzrə Tədbirlər Planının “Əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılması” prioritet istiqamətinin “Hədəf icmaların çoxsahəli yanaşmalar əsasında İcma Məlumat Toplusunun hazırlanması, icmaların iştirakı ilə xarici və daxili resursların, aktivlərin müəyyənləşdirilməsi, Tərəfdaşlar və Maraqlı Tərəflər daxil olmaqla icma xəritələşməsinin hazırlanması və bu məqsədilə seminlarının keçirilməsi” fəaliyyət istiqaməti üzrə layihə benefisiarı olan məcburi köçkünlərlə məlumatlandırma seminarları keçirilmişdir.

AzTurkxeber.az-ın məlumatına görə tədbirlərə Şuşa, Ağdam, Laçın, Xocavənd, Xocalı, Kəlbəcər, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarından məcburi köçkün düşmüş 1000 nəfər, o cümlədən 484 nəfəri kişi, 516 nəfər qadın cəlb olunmuşdur. Seminarlar Böyük Qayıdışa dair I Dövlət Proqramı ilə bağlı məlumatlılıq səviyyəsinin daha da artırılmasına, bu proqramda iştirakçılığın yüksəldilməsinə zəmin yaratmaqla dövlətin onlara yaratdığı imkanların diqqətə çatdırılması kimi məsələlərə həsr olunub. Praktik müzakirə şəraitində keçirilən məşğələlərin keçirilməsində məqsəd gələcəkdə dayanıqlı icmaların formalaşdırılmasında lazımi bacarıqların icma üzvlərinə aşılanmasıdır. Təlimlərin sonunda benefisiar icmalarla geniş müzakirələr aparılmış, maraqlı tərəflərin və tərəfdaşların xəritələşməsi sənədi hazırlanmışdır. Sənədin hazırlanılmasında əsas məqsəd tərəfdaşların və maraqlı tərəflərin müəyyən edilməsi, uğura təsirlərin qiymətləndirilməsi və uğura təsir edən amillərin müəyyənləşdirilməsi ilə gələcək risklərin idarə olunmasıdır. Sonda tədbir iştirakçıların maraq doğuran sualları cavablandırılıb, qarşılıqlı məsələlər müzakirə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2024    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031