azturkxeber.az
http://azturkxeber.az

İlhamə Elşadqızı ağır ittihamla həbs edildi

27-12-2024

 “TikTok”da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla tutulan şair İlhamə Elşadqızı da cinayət məsuliyyətinə cəlb edilib.

AzTurkxeber.az-ın məlumata görə, son vaxtlar çıxışları ilə qınaq obyektinə çevrilən tiktokçu Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham edilir. Onun istintaqdan gizlənmək ehtimalı da nəzərə alınaraq azadlıqda qalması əsaslı hesab edilməyib.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə İlhamə Elşadqızı barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

O, verilmiş ittihamla təqsirli bilinərsə, 8 ilə kimi azadlıqdan məhrum edilə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2024    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031