“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Müşahidə Şurasının qərarına əsasən, dekabrın 25-də Qazaxıstan Respublikası ərazisində qəzaya uğramış “Azərbaycan Hava Yolları” sərnişin aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində olan və xəsarət alanların hər birinə 20 min manat, vəfat edənlərin hər birinin ailəsinə isə 40 min manat kompensasiya ödənilməsi müəyyən edilib.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən bildirilib. Bununla yanaşı, bütün sərnişinlər Azərbaycan Respublikası qanunvericiliyinə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq tətbiq edilən müvafiq sığorta ödənişi alacaqlar.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
AZAL-ın təyyarəsinin qəzaya uğramasından bir il ötür
"Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı məlumat
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
"Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurası qərar imzaladı
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib