“Azərbaycan Hava Yolları”nın təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində baş verən faciəli hadisəyə görə Türkiyə və Aktauda fəaliyyət göstərən İran, Özbəkistan və Türkmənistan baş konsulları Azərbaycanın yanındadırlar.
Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Aktaudakı baş konsulu Sabri Alptekin bildirib.
O qeyd edib ki, hazırda Türkiyənin Baş Konsulluğu aparılan araşdırma ilə bağlı azərbaycanlı həmkarı ilə əlaqə saxlayır. Sabri Alptekinin sözlərinə görə, hadisə baş verəndən 8 dəqiqə sonra Qazaxıstanın müvafiq qurumları hadisəyə təcili müdaxilə ediblər. Nəticədə itki sayı az olub.
“Dünən xəstəxanadakı yaralıların vəziyyəti ilə maraqlandım. Eyni zamanda, Azərbaycandan Aktauya gələn nazirlərlə görüşdüm”, - deyə o qeyd edib.
Türkiyə baş konsullu bildirib ki, ölkəsi qardaş dövlət olaraq istər Azərbaycana, istərsə də Qazaxıstana lazımi köməyə hazırdır.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
AZAL-ın təyyarəsinin qəzaya uğramasından bir il ötür
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”