azturkxeber.az
http://azturkxeber.az

Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya Öztürkler Sahibə Qafarovaya təyyarə qəzası ilə əlaqədar başsağlığı verib

26-12-2024

 Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya Öztürkler Milli Məclisin sədri Sahibə Qafarovaya təyyarə qəzası ilə əlaqədar başsağlığı verib

AzTurkxeber.az xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya Öztürkler Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib. O, "Azərbaycan Hava Yolları" şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar Milli Məclisin sədrinə, qəzada həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananların tezliklə sağalmalarını arzulayıb.
Spiker Sahibə Qafarova göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2024    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031