Avstraliya mətbuatında çıxan xəbərlərə görə, əyalətdəki Qrampians Milli Parkında dekabrın 18-də başlayan yanğın günlərdir davam edir.İndiyədək Qrampians Milli Parkının üçdə biri, yəni 66 min hektar ərazisi külə çevrilib.
Həddindən artıq isti hava və külək səbəbindən yanğın hələ ki, nəzarət altına alınmayıb.
Ölkənin müxtəlif ştatlarından 100-dən çox yanğınsöndürən yanğınla mübarizə aparmaq üçün Viktoriyaya yola düşüb.Səlahiyyətlilər Grampianların müxtəlif bölgələrində yaşayan vətəndaşlardan dərhal bu əraziləri tərk etmələrini xahiş edib.
Mütəxəssislər Moyston və Mafeking şəhərləri yaxınlığındakı rabitə qülləsinin yanğınlardan təsirlənə biləcəyini açıqlayıb.Bu vəziyyətin həm mobil telefon, həm də Milli Genişzolaqlı Şəbəkə xidmətlərinə təsir edəcəyi bildirilir.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Bu gün rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır
Bu gün Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarının peşə bayramı günüdür