azturkxeber.az
http://azturkxeber.az

Təyyarə qəzasında ölənlərin sayı açıqlandı

25-12-2024

Aktau yaxınlığında AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub.

AzTurkxeber.az xəbər verir ki, bu barədə Tengrinews.kz Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayevə istinadən məlumat yayıb.

“Cəsədlərin əksəriyyəti tanınmaz haldadır, əsasən yanıblar. 29 nəfərin şəxsiyyəti müəyyənləşdiriləcək, ikisi uşaqdır”, - deyə Bozumbayev bildirib.

Bozumbayev onu da bildirib ki, 29 nəfər, o cümlədən iki uşaq qəza nəticəsində xəsarət alıb, yaralılardan 11-nin vəziyyəti ağır, yerdə qalanların isə vəziyyəti orta-ağır qiymətləndirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2024    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031