azturkxeber.az
http://azturkxeber.az

(Ombudsman) Səbinə Əliyeva Qazaxıstan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Artur Lastayev ilə əlaqə saxladı

25-12-2024

 Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Qazaxıstan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Artur Lastayev ilə əlaqə saxlayıb, “Azərbaycan Hava Yolları” aviaşirkətinin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən və müalicəyə ehtiyacı olan şəxslərlə bağlı lazımi zəruri tədbirlərin görülməsi üçün məsələnin diqqətdə saxlanılmasını xahiş edib.
Birbaşa fasiləsiz təmasın yaradılması məqsədilə Qazaxıstan və Azərbaycan Ombudsman təsisatlarının əməkdaşlarından ibarət işçi qrupu yaradılmaqla, zəruri məlumatların bölüşülməsi təmin olunub. Hadisə ilə bağlı məsələlər diqqətdə saxlanılır, ictimaiyyətə əlavə məlumat veriləcək.

Qazaxıstanın Uşaq Ombudsmanı bildirib ki, qəzada yaralanan 11 və 16 yaşlı iki nəfər qız xəstəxanaya yerləşdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2024    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031