azturkxeber.az
http://azturkxeber.az

Şəkidə avtomat gizlədən şəxs saxlanılıdı 

25-12-2024

 Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qanunsuz odlu silah-sursat saxlayan, əvvəllər də məhkum olunmuş 35 yaşlı Rafiq Əhmədov saxlanılıb.

AzTurkxeber.az-ın məlumatına görə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ondan “Kalaşnikov” markalı avtomat, daraq və patronlar aşkarlanıb. R.Əhmədov odlu silahı rayon ərazisindən tapdığını  və polisə təhvil verməyərək müxtəlif yerlərdə gizlətdiyini bildirib. Araşdırmalarla həmin şəxsin sosial şəbəkə hesablarında cinayətkarlığı təbliğ edən videogörüntülər paylaşdığı da müəyyən edilib. 
Faktla bağlı cinayət işi başlanılıb, R.Əhmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2024    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031