azturkxeber.az
http://azturkxeber.az

Azər Zahid 4 ay müddətinə həbs edildi

25-12-2024

 TikTok platformasında "Təkərdə" şousunu keçirən Azər Zahid 4 ay müddətinə həbs edilib.

AzTurkxeber.az-ın əldə etdiyi məlumata görə, “TikTok”da əyləncə yarışları təşkil edən aparıcı Azər Zahid həbs edilib.

Sosial şəbəkədə  əxlaqsızlığı təbliğ edilməsi ilə bağlı saxlanılan Azərin cinayətləri ortaya çıxıb.
Ona qarşı cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma,  qumar oyunları təşkil etmə və başqa maddələrlə ittiham irəli sürülüb. Prokuror ağır cinayətlərdə təqsirləndirilən aparıcının həbsini istəyib.

Təqdimata Nərimanov Rayon Məhkəməsində baxılıb.  Hakim Gültəkin Əsədovanın qərarı ilə Azər Zahid barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, “tiktok” əməliyyatı ilə 15-dən çox saxlanılan var. Onların hamısı istintaqa cəlb edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2024    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031