Balıkesir şəhərində baş verən partlayışla bağlı Türkiyənin milli müdafiə naziri Yaşar Güler, daxili işlər naziri Ali Yerlikaya və əmək və sosial müdafiə naziri Vedat İşıkhan mətbuata birgə açıqlama veriblər.
Vedat İşıkhan partlayıcı vasitələr istehsal edilən fabrikdə meydana gələn hadisənin təsirindən tikilinin tavan hissəsinin çökdüyünü, başladılan axtarış-xilasetmə işləri nəticəsində 11 nəfərin həlak olduğu, 7 nəfərin isə yaralandığının müəyyən edildiyini bildirib.
Qeyd edilib ki, ümumilikdə 615 nəfərin işlədiyi fabrik fəaliyyət istiqamətinin təhlükə səviyyəsi nəzərə alınaraq mütəmadi nəzarət altında saxlanılıb. Son dəfə avqust ayında aparılan yoxlamalarda hansısa mənfi hal aşkarlanmayıb.
Ali Yerlikaya hadisənin ardından verilən ilkin açıqlamada 12 nəfərin həlak olması ilə bağlı xəbərin yeniləndiyini və partlayış nəticəsində 11 nəfərin həyatını itirdiyini deyib.
Hadisə ilə bağlı araşdırma başladılıb.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
Milli Məclisin iclasında 2025-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri üçüncü oxunuşda qəbul edilib
Milli Məclisin iclası keçirilib
Milli Məclisin plenar iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanıb
Milli Məclisin plenar iclası keçirilib