Azərbaycan Diasporuna Dəstək Fondu, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Qardaşlaşmış Qarabağ Məktəbləri” V Qış Düşərgəsinə start verilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, bu il düşərgə şəhid övladlarının və Moldovada yaşayan soydaşlarımızın uşaqlarının iştirakı ilə keçirilir.
Çıxış edən Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev layihənin əhəmiyyəti barədə məlumat verib.
Digər çıxışçılar - Layihənin ideya müəllifi, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin sədri Qasım Nəsirov, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucova və başqaları dünyanın müxtəlif bölgələrində yaşayan soydaşlarımızın övladlarını birləşdirən bu düşərgənin artıq 5-ci dəfə keçirilməsindən böyük sevinc və qürur hissi duyduqlarını bildirərək, iştirakçılara uğurlar arzulayıblar, layihənin gələcəkdə də dünya azərbaycanlılarının həmrəyliyinə töhfə verəcəyinə ümidvar olduqlarını ifadə ediblər.
Qeyd edək ki, dekabrın 20-27-i baş tutan düşərgəyə 12-15 yaş arasında ümumilikdə 20 məktəbli qatılıb. Düşərgə ərzində iştirakçılara müxtəlif istiqamətli peşəkar təlimlər keçiriləcək, həmçinin Bakı şəhərinin tarixi-turistik məkanlarına ekskursiyalar təşkil olunacaq.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
Milli həmrəylik və zəfər təntənəsi-ZİYAFƏT ƏSGƏROV