İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Çin Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyasının (CAFIEC) vitse-prezidenti və Beynəlxalq İnvestisiya və Əməkdaşlıq Komitəsinin direktoru Vanq Veiveyin rəhbərlik etdiyi Çin nümayəndə heyəti ilə görüş keçirilib.
AZPROMO-dan bildirilib ki, görüşdə qurumun icraçı direktoru Yusif Abdullayev agentliyin fəaliyyət istiqamətləri, investorlar üçün yaradılan əlverişli biznes mühiti, eləcə də azad edilmiş ərazilərdə aparılan yenidənqurma prosesləri barədə məlumat verib. Çin şirkətlərinin ölkəmizdə fəaliyyətinin genişləndirilməsi istiqamətində AZPROMO-nun hərtərəfli dəstək göstərməyə hazır olduğu diqqətə çatdırılıb.
CAFIEC-in vitse-prezidenti Vanq Veivey işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan güzəşt mexanizmlərinin investisiya mühitinin cəlbediciliyini artırdığını vurğulayıb. O, bu ərazilərdə yenidənqurma işlərində iştirak etməyə və Azərbaycanda regional logistika anbarlarının yaradılmasına maraqlı olduqlarını bildirib.
Görüş çərçivəsində Azərbaycanda boru sənayesi, sanitariya avadanlıqları və keramika məhsullarının istehsalı, logistika sahələrinə investisiyaların cəlb edilməsi imkanları, həmçinin bu sahələrdə tərəfdaşlıq perspektivləri, investisiya layihələrinin reallaşdırılması və birgə fəaliyyətin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Çin nümayəndə heyəti ilə görüş keçirilib
AZPROMO-nun 2025-ci ildə ixracın və investisiyaların təşviqi üzrə fəaliyyəti
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Milli Məclisin iclasında
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB