Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portalı Böyük Britaniyanın Pensiya İdarəetmə İnstitutunun builki “Pinnacle Awards” müsabiqəsində münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, portal müsabiqənin “Təsir” kateqoriyası üzrə mükafata layiq görülüb.
İnstitutun hər il keçirdiyi müsabiqələr pensiya idarəçiliyi və əlaqəli sahələrdə uğurlu təcrübələri üzə çıxararaq tanıtmaq məqsədi daşıyır.
2019-cu ildən istifadəyə verilən e-sosial.az portalı vətəndaşlara onların sosial məlumatlarına real vaxt rejimində çıxış və sosial-əmək hüquqlarının təminatına nəzarət imkanı verir.
Ötən dövrdə portal Beynəlxalq Telekommunikasiya İttifaqının Ümumdünya Sammitinin müsabiqəsində “Çempion layihə” mükafatına, Beynəlxalq Sosial Təminat Assosiasiyasının “Ən yaxşı təcrübə üzrə nailiyyət mükafatı”ına, "iESE - The Public Sector Transformation Partner” beynəlxalq qurumunun “Mükəmməllik sertifikatı”na və digər beynəlxalq mükafatlara layiq görülüb.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib
Tərəqqi və rifah siyasəti