azturkxeber.az
http://azturkxeber.az

Donald Tramp Panama kanalına nəzarəti ABŞ-a qaytarmaq istəyir

22-12-2024

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp ölkəsinə məxsus gəmilərin Panama kanalından keçid şərtlərindən narazıdır. O, kanalın ABŞ-ın nəzarətinə qaytarılmasını istəyir.

azturkxeber.az xəbər verir ki, Tramp sosial media hesabında ABŞ gəmilərinə münasibətdə ədalətsizlik hökm sürdüyünü iddia edib. Dövlət başçısı bildirib ki, bu yanaşmaya son qoyulmalıdır. Panama hökuməti məsələyə münasibət bildirməyib.

Qeyd edək ki, 1914-cü ildə inşa edilmiş kanal gəmilərə Cənubi Amerikanı dolanmadan qısa yolla hərəkət etməyə imkan verir. 1977-ci ildə Prezident Cimmi Karterin imzaladığı sazişlə kanalın idarəetməsi 1999-cu ildən etibarən bütünlüklə Panamaya keçib.

2023-cü ildə kanaldan keçən gəmilərdən 4 milyard dollar xidmət haqqı alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2024    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031