Türkiyə millisinin cüdoçusu Əmrə Yazqan faciəvi şəkildə həyatını itirib.
azturkxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən 18 yaşlı idmançı qar uçqununun altında qalıb.
Hadisə Türkiyə yığmasının Ərzurumda davam edən təlim-məşq toplanışı zamanı baş verib. İdmançılar Palantökən dağındakı yüksəkliyə dırmaşarkən qar uçqunu olub. Uçqunun altında qalan Ə.Yazqanı, bütün müdaxilələrə baxmayaraq, xilas etmək mümkün olmayıb.
Hadisə nəticəsində milli komandanın üç üzvü müxtəlif dərəcəli xəsarətlər alıblar.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
FHN komandasının üzvləri beynəlxalq yarışda uğurla çıxış ediblər
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
FHN-in karate komandasının üzvləri respublika çempionatında yüksək nəticələr əldə ediblər
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib