azturkxeber.az
http://azturkxeber.az

Polis Akademiyası hüquq olimpiadasında qalib oldu

21-12-2024

 DİN-in Polis Akademiyasının kursantları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum gününə həsr edilən “Qalib Azərbaycan” adlı 2-ci Hüquq Olimpiadasında iştirak ediblər. 

Azturkxeber.az xəbər verir ki, olimpiada, Hüquq və İnsan Haqları İnstitutu, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı, "Kəngərli və Partnyorları" Vəkil Bürosunun təşkilati dəstəyi ilə keçirilib. 

Elmi hüquqi bilikləri əhatə edən yarışmada müxtəlif ali təhsil müəssisələrinin tələbə və kursantları birincilik uğrunda mübarizə aparıblar. Polis Akademiyasının kursantları bütün mərhələlərdə sahəvi sualların cavablandırılmasında birincilik nümayiş etdirməklə olimpiadanın qalibi olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2024    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031