Dekabrın 21-də Dövlət İmtahan Mərkəzi (DİM) Dövlət Gömrük Komitəsi ilə birgə gömrük orqanlarına xidmətə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.
DİM-dən bildirilib ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 3 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 3 ümumi imtahan rəhbəri, 7 imtahan rəhbəri, 61 nəzarətçi, 8 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.
İmtahanda namizədlərə qanunvericilik üzrə 70, məntiqi təfəkkürün yoxlanılması üzrə 15, dünyagörüşü üzrə 15 olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim olunur. Hər doğru cavablandırılmış test tapşırığı 1 balla qiymətləndirilir. Səhv cavablar doğru cavabların nəticəsinə təsir göstərmir. Test imtahanında 80 və daha artıq bal toplayan namizədlər müsabiqənin müsahibə mərhələsində iştirak hüququ əldə edirlər.
Dekabrın 23-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq. İmtahanın nəticələri yaxın 3 gün ərzində elan olunacaq.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcək
Milli Məclisin plenar iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanıb
Milli Məclisin iclasında 2025-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri üçüncü oxunuşda qəbul edilib
DİM bu gün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirir
DİM xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirib