Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Rusiyaya səfər edib.
Nazirlikdən bildirilib ki, səfər çərçivəsində Rusiyanın Nəqliyyat Nazirliyində nazir Rəşad Nəbiyev, Rusiya Hökuməti sədrinin müavini Vitali Savelyev və nəqliyyat naziri Roman Starovoytun iştirakı ilə görüş keçirilib.
Görüş zamanı “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı, o cümlədən avtomobil daşımalarının həyata keçirilməsi üçün müzakirələr aparılıb.
Müzakirələrdən sonra Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə tranzit yükdaşımaların inkişafı məqsədilə əməkdaşlıq haqqında saziş imzalanıb.
Dəmiryolu infrastrukturunun və tranzit daşımalarının inkişafı üzrə əməkdaşlığın şərtlərini müəyyən edən sazişin məqsədi nəqliyyat əlaqələrinin səmərəliliyini yüksəltmək və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Qərb marşrutunun potensialını artırmaqdır.
Bu saziş dəmiryol nəqliyyatı ilə yüklərin daşınma həcminin artmasını stimullaşdıracaq və daşıma həcmlərinin artım tempi ilə dəmiryol nəqliyyatı infrastrukturunun inkişafı arasında balansı təmin edəcək.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
“Şimal-Cənub nəqliyyat dəhlizi haqqında Saziş” tranzit xidmətlərdən büdcəyə daxilolmaları artıracaq
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
Azərbaycan və Rusiya arasında Saziş imzalanıb