azturkxeber.az
http://azturkxeber.az

MÜSİAD üzvləri son üç ildə Azərbaycana 60 mln. manatdan çox sərmayə edib

20-12-2024

 Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycanda 87 üzvü var. Bu şirkətlər son üç ildə Azərbaycana 61,3 mln. manat investisiya edib.

Azturkxeber.az xəbər verir ki, bunu MÜSAİD Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli deyib.

O qeyd edib ki, Şuşa bəyannaməsinin bəndlərindən biri Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 15 mlrd. dollara çatdırılmasıdır:

"Preferensial ticarət rejimi çərçivəsində güzəşt tətbiq edilən məhsulların sayı 35-ə çatdırılıb. İki ölkə arasında ticarət dövriyyəsi getdikcə artır. Həmçinin Azərbaycana investisiyaların həcminə görə, Türkiyə ilk yerlərdən birini tutur. Bununla belə iqtisadi əlaqələrlə bağlı qoyulan hədəflər istiqamətində görüləcək işlər çoxdur".

“İnvestisiyanın cəlb edilməsi istiqamətində təşviq gücləndirilməlidir. Bölgələrdə bizim əlimizdə iqtisadi göstəricilərlə bağlı təqdimatlar olmalıdır”, - deyə Rəşad Cabirli əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2024    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031