Göyçayda "Narkomaniya və onun yaratdığı fəsadlar" mövzusunda görüşlər keçirilib



Narkomaniya və onun fəsadlarının qarşısının alınması, antinarkotik təbliğatının daha da gücləndirilməsi məqsədilə polis əməkdaşları tərəfindən təhsil müəssisələrində aparılan maarifləndirmə işləri davam etdirilir.
Azturkxeber.az-ın məlumatına görə, bu istiqamətdə Göyçay Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Müskürlü və Qaraman kənd orta məktəblərində şagirdlərlə növbəti görüşlər təşkil olunub.
RPŞ-nin rəisi polis polkovniki Müqalib Abdıyev görüşlərdə narkomanlığın cəmiyyətə mənfi təsirlərindən danışıb, narkomaniyanın səbəb olduğu faciələrdən real faktlara istinad edib. Bu bəlaya qarşı aparılan kəsərli mübarizədən söz açan şöbə rəisi yeniyetmələrə zərərli vərdişlərin aludəçisi olan şəxslərin təsiri altına düşmədən sağlam həyat yaşamalarını tövsiyə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: