azturkxeber.az
http://azturkxeber.az

Əgər Azərbaycana ərazi iddiamız olsaydı… - Paşinyan

20-12-2024

 Əgər Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddiaları olsaydı, onda qarabağlılar (Qarabağdan könüllü olaraq köçən ermənilər – red.) qaçqın statusu almazdı.

Azturkxeber.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan “Armenpress” agentliyinə müsahibəsində deyib.
“Sentyabrın 26-da qəbul edilmiş qərarda (Ermənistan Konstitusiya Məhkəməsinin qərarı nəzərdə tutulur – red.) qeyd olunub ki, Konstitusiyanın preambulasında İstiqlal Bəyannaməsinə istinad yalnız Konstitusiyanın maddələrində hərfi təsdiqini almış müddəalara aiddir. Ermənistan Konstitusiyasının heç bir maddəsində isə birbaşa və ya dolayısı ilə Qarabağa istinad yoxdur. Əgər biz Konstitusiyanın məzmununu Azərbaycanın şərh etdiyi kimi qəbul etsək, o zaman sual yaranır ki, Qarabağ niyə 1995-ci ildə keçirilən Konstitusiya referendumunda iştirak etmədi? O vaxt Qarabağda heç bir seçki dairəsi açılmadı və insanlar (Qarabağda o vaxt yaşayan ermənilər – red.) Konstitusiya məsələsinə səs vermədilər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2024    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031