azturkxeber.az
http://azturkxeber.az

Səlahiyyətli nümayəndə növbəti vətəndaş qəbulu keçirib

19-12-2024

 Dekabrın 19-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvan şəhərində vətəndaşları qəbul edib.

Azturkxeber.az xəbər verir ki, Səlahiyyətli nümayəndə şəhər sakinlərinin, o cümlədən şəhid ailəsi üzvləri və qazilərin hər birini fərdi qaydada qəbul edib, onların müraciətlərini dinləyib. Vətəndaşların qaldırdıqları problemlərlə bağlı qanunvericiliyin tələbləri izah olunub, məsələlərin həlli nəzarətə götürülüb. 
Bildirilib ki, müraciətlərin hər biri protokollaşdırılaraq həlli istiqamətində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2024    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031