“Narkomaniyaya yox deyək” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilib


Yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği məqsədilə Mingəçevir şəhər 16 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilib.
“Ağ ölüm”ün zərərləri, narkotik vasitə aludəçilərinin qarşılaşdıqları problemlər barədə məktəbliləri məlumatlandıran ŞPŞ-nin rəisi polis polkovniki Ədalət Əliyev ölkəmizdə narkomanlığa qarşı aparılan qətiyyətli mübarizədən söz açıb.
Daha sonra mövzu ilə əlaqəli videoçarx nümayiş olunub və şagirdlərin sualları cavablandırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: