azturkxeber.az
http://azturkxeber.az

“Yaşıl gələcəyə könül ver” mövzusunda görüş keçirilib

18-12-2024

 18 dekabr 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və Gənclər Fondunun əməkdaşlığı ilə “Yaşıl gələcəyə könül ver” mövzusunda görüş keçirilib. 

Azturkxeber.az xəbər verir ki, görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Gənclər və idman nazirinin müavini İndira Hacıyeva, səhiyyə nazirinin müavini Nadir Zeynalov, Milli Məclisin deputatı, COP29 iqlim çempionu Nigar Arpadarai, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev çıxış edib. 

Çıxışlardan sonra könüllülər tərəfindən dövlət rəsmilərinə ünvanlanan suallar cavablandırılıb. 

Davamında görüşü təşkil edən qurumların könüllü təşkilatlarının ətraf mühitin mühafizəsinə dair əməkdaşlıq razılaşması səsləndirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2024    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031