Sakit okeanın Vanuatu adasında dekabrın 17-də baş vermiş 7,3 bal gücündə zəlzələ nəticəsində 14 nəfər ölüb.
azturkxeber.az xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsi dövlət qurumlarına istinadla məlumat yayıb. Dağıdıcı zəlzələ nəticəsində yüzlərlə xəsarət alan var. Hazırda dağıntı olan binalarda, evlərdə axtarış işləri aparılır.
Çinin Vanuatudakı səfirliyi zəlzələdə 2 Çin vətəndaşının da öldüyünü açıqlayıb.
Qeyd edək ki, güclü zəlzələ nəticəsində paytaxt Port Viladakı tikililər, o cümlədən ABŞ və digər səfirliklərin yerləşdiyi binalara ciddi ziyan dəyib. Zəlzələnin episentri Vanuatunun əsas adası olan Efate sahillərindən təxminən 30 kilometr aralıda, 57 kilometr dərinlikdə yerləşib. Zəlzələdən sonra müxtəlif gücdə bir neçə afterşok baş verib. Sonuncu belə yeraltı təkan (6,1 bal) dekabrın 18-də qeydə alınıb.
İllik Dünya Risk Hesabatına görə Vanuatu zəlzələ, tufan, daşqın və sunami kimi təbii fəlakətlərə ən çox həssas olan ölkələrdəndir.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib YENİLƏNİB
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”