İspaniyanın Mayorka adasında 270-280 milyon il əvvəl yaşamış qorqonopslar növünə aid fosil aşkar edilib. Bu tapıntı Kataloniya Paleontologiya İnstitutu Balear Təbiət Muzeyinin rəhbərliyi ilə beynəlxalq tədqiqat qrupu tərəfindən aparılan qazıntılar zamanı aşkar olunub. Qorqonopslara aid indiyədək məlum olan ən qədim fosil olması bu tapıntının əhəmiyyətini artırır.
azturkxeber.az “MedicalPress” saytına istinadla xəbər verir ki, qorqonopslar Perm dövründə (270-250 milyon il əvvəl) yaşayıb, məməlilərin təkamül xəttinə aid yırtıcı növdür. Onlar “qılınc dişləri” ilə fərqlənib və ekosistemlərin super yırtıcıları olublar. Bu növ əvvəlki tapıntılardan fərqli olaraq, Rusiya və Cənubi Afrika əvəzinə, Mayorkada aşkarlanıb.
Fosil kiçik və orta ölçülü, uzunluğu təxminən bir metr olan heyvana aiddir. Tapılan qalıqlara kəllə, fəqərə, qabırğa və tam bud sümüyü daxildir. Tədqiqatçılar bu fosilin qorqonopsların təkamülündə yeni məlumat təqdim etdiyini bildiriblər.
Araşdırma nəticələri göstərir ki, qorqonopsların ayaqları sürünənlərdən fərqli olaraq daha şaquli yerləşib, bu da onların daha effektiv hərəkət etməsinə imkan verib. Sağalmış “qılınc dişləri” isə heyvanın ətyeyən olduğunu sübut edir.
Perm dövründə Mayorka ada deyil, Pangeya supermaterikinin (müasir materiklərin hamısını birləşdirən fərziyyəvi materik) bir hissəsi olub və ekvator enliyində yerləşib. Qalıqların tapıldığı ərazi sel düzənliyi olub və burada qorqonopslarla yanaşı, “Tramuntanasaurus tiai” növünə aid otyeyən sürünənlər də yaşayıb. Bu kəşf qorqonopsların yayılma coğrafiyası və təkamülü ilə bağlı yeni biliklər təqdim edir.
Tədqiqatın nəticələri “Nature Communications” jurnalında dərc olunub.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Çində yeni arxaik insan növü kəşf edilib
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
Milli Məclisin iclası keçirilib
Milli Məclisin plenar iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanıb
Milli Məclisin iclasında 2025-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri üçüncü oxunuşda qəbul edilib