İqtisadiyyat nazirinin müavini Anar Axundovun rəhbərlik etdiyi nümayəndə heyəti Serbiyaya səfər çərçivəsində Belqradda bu ölkənin dağ-mədən və energetika naziri Dubravka Cedoviç-Handanoviçlə görüşüb.
Nazirlikdən bildirilib ki, görüşdə SOCAR-ın və Serbiyanın müvafiq dövlət şirkətlərinin nümayəndələri iştirak ediblər.
Görüş zamanı bildirilib ki, Azərbaycan Avropanın, o cümlədən Serbiyanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir. Ölkələrimiz arasında iqtisadi əlaqələr qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsipləri əsasında genişlənir. Energetika sahəsi ikitərəfli iqtisadi tərəfdaşlığın gücləndirilməsində önəmli faktordur.
Tərəflər iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi məsələləri, o cümlədən, Serbiyanın Niş şəhəri yaxınlığında qaz elektrik stansiyasının birgə tikintisi imkanları barədə müzakirə aparıblar.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Serbiya strateji tərəfdaşlığının yeni mərhələsi
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Azərbaycan və Serbiya Hökumətləri arasında Birgə Komissiyanın IX iclası və Azərbaycan-Serbiya biznes forumu keçirilib
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”