Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Tibbi şəhadətləndirmə" altsistemi IDDA AWARDS müsabiqəsində ”İlin rəqəmsal layihəsi” nominasiyası üzrə birinci yeri, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun proaktiv təyinat mexanizmi isə ikinci yeri tutub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, müsabiqə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təşkil edilib. Məqsəd ekosistemin ən perspektivli innovatorlarını tanıtmaq və fəaliyyətinə dəstək olmaq, ölkə innovasiyasının inkişafında aktiv iştirak edənlər arasında rəqabət mühiti yaratmaqdır.
”İlin rəqəmsal layihəsi” nominasiyası üzrə müsabiqənin qalibi elan edilən "Tibbi şəhadətləndirmə" altsistemi vasitəsilə çağırışçıların yekun tibbi qiymətləndirilməsinin həyata keçirilməsi prosesində qurumlararası məlumat mübadilələrinin elektronlaşdırılması təmin edilib və bu, prosesdə şəffaflıq və çevikliyin, obyektiv yanaşmanın, vətəndaş məmnunluğunun təminatına imkan verib.
Çağırışçının yekun tibbi müayinəsinin aparılması üçün Mərkəzi Hərbi-Həkim Komissiyasının rəyi təsdiq edilərək nazirliyin “Tibbi şəhadətləndirmə” altsisteminə müvafiq göndəriş daxil edilir. Həmin göndərişə əsasən çağırışçılar onlar üçün avtomatik təyin edilən e-növbəlilik qaydasında Agentliyin Tibbi Qiymətləndirmə Mərkəzində əyani müayinələrdən keçirilir.
2019-cu ildən yaradılan proaktiv təyinat mexanizmi isə sosial ödənişlərin onları almağa hüququ yaranmış vətəndaşların müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac olmadan, elektron qaydada təyin edilməsinə şərait yaradıb. Sosial ödənişlərin proaktiv təyinatı mexanizmi ötən dövrdə bir çox beynəlxalq mükafatlara layiq görülüb.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Milli Məclisin iclasında
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib