azturkxeber.az
http://azturkxeber.az

Bakıda qanunsuz yaşayan 92 əcnəbi saxlanılıb

16-12-2024

 Bu ilin noyabr ayı ərzində Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsi  əməkdaşlarının Bakı şəhərində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycanın ərazisində olma və ya yaşama hüququ verən sənədlər olmadan, habelə qeydiyyatsız yaşayan, bir yerdən başqa yerə getdikdə olduğu yer və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl etməyən, Azərbaycanda olma və ya yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçıran 92 əcnəbi vətəndaş saxlanılıb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati xəta protokolu tərtib olunub və  aidiyyəti üzrə təhvil veriliblər.
Qeyd edək ki, 2024-cü ilin 11 ayı ərzində Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsi və respublikanın ərazi polis orqanlarının əməkdaşları ilə birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 531 nəfər əcnəbi vətəndaş müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2024    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031