Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və ölkəmizin Mərakeş Krallığındakı səfirliyinin birgə təşkilatçılığı ilə dekabrın 17-də Rabat şəhərində “Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Komitədən verilən məlumata görə, tədbirdə müxtəlif cəmiyyətlərdə sülh və birliyin möhkəmləndirilməsinə dini dəyərlərin təsiri, dini dözümlülüyə maneələrin aradan qaldırılması yolları, dinlərarası harmoniyaya dəstək verə biləcək təşəbbüslərlə bağlı müzakirələr aparılacaq. Konfransda, eyni zamanda, Azərbaycanın dini tolerantlıq modeli və birgəyaşayış ənənələrini təmin edən qanunvericilik bazası haqqında məlumat veriləcək.
Tədbirdə Azərbaycan Respublikası və Mərakeş Krallığının dövlət və hökumət qurumlarının, beynəlxalq təşkilatların, diplomatik korpusun və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, dini liderlər, siyasətçilər, alim və tədqiqatçılar iştirak edəcəklər.
Konfrans çərçivəsində Azərbaycanın multikulturalizm ənənələrini, tarixi və dini abidələrini əks etdirən “Ortaq bəşəri dəyərlər, müxtəlif dinlər” adlı fotosərgi nümayiş etdiriləcək.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
Milli Məclisin iclası keçirilib
Milli Məclisin plenar iclası keçirilib