Cüdoda tətbiq olunacaq yeni qaydalarla bağlı beynəlxalq seminar keçirilib
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, Beynəlxalq Cüdo Federasiyası (IJF) cüdoda tətbiq ediləcək yeni qaydaları rəsmi olaraq elan edib.
“Paris-2024” Yay Olimpiya Oyunlarından sonra aparılan təhlil və müzakirələrin nəticəsi olaraq, qaydalar növbəti Olimpiya dövrünə uyğunlaşdırılıb və yenilənib. Qaydalar ilə bağlı elanın ardından dekabrın 14-15-də IJF tərəfindən Türkiyənin İstanbul şəhərində iki günlük texniki seminar təşkil olunub. Tədbirdə 79 ölkədən 326 iştirakçı bir araya gəlib. Seminar zamanı IJF-nin Təhsil, Hakimlik və İdman Komissiyaları yeni qaydaları ətraflı izah edib və əyani şəkildə nümayiş etdiriblər.
Yeni qaydaların gələn il yanvarın 1-dən qüvvəyə minəcəyi və həmin ilin iyun ayında təşkil olunacaq böyüklər arasında dünya çempionatından sonra yenidən nəzərdən keçiriləcəyi bildirilib.
Qeyd edək ki, seminarda Azərbaycan Cüdo Federasiyasının vitse-prezident Elnur Məmmədli, qurumun prezidentinin müşaviri Natiq Bağırov, böyüklərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, hakimlər üzrə menecer Mətin Rəhimli, hakimlər Arzu Acalova, Fariz Hüseynov, Akif Tahirov və Nazim Umbayev iştirak ediblər.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
Milli Məclisin iclası keçirilib
Milli Məclisin plenar iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanıb
10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günüdür!
Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib