“Dayanıqlılıq” istiqaməti üzrə dünya universitetlərinin fəaliyyətinin qiymətləndirildiyi “UI Greenmetric 2024” reytinqində Azərbaycan ali təhsil müəssisələrinin sayı 3 dəfə artaraq 12-yə çatıb. Cari ildə Azərbaycanın 8 ali təhsil müəssisəsi ilk dəfə reytinqə daxil olub. Bunlardan biri də Azərbaycan Dövlət Aqrar Universitetidir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, ADAU “GreenMetric World University Rankings 2024” reytinqində Azərbaycanda 8-ci, dünyada isə 1077-ci yeri tutub.
Universitet ümumi 4270 xal toplayaraq aşağıdakı sahələrdə üstün nəticələr göstərib:
1. Elm və təhsil - 1275
2. Yaşıl nəqliyyat - 1010
3. Enerji və İqlim dəyişikliyi - 725
Qeyd edək ki, reytinq 95 ölkədən 1477 universitetin davamlılıq göstəricilərini qiymətləndirir.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günüdür!
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
Yaşıl sivilizasiyanın COP29 anonsu